Qriplə səhv salınan xərçəng növü

 02:33 07.12.2023     499

Onkologiya heç də həmişə ağrı deyil, o uzun müddət biruzə vermir.

Redaktor.az "Medicina"ya istinadən xəbər verir ki, endokrinoloq Viktoriya Andreyeva qalxanvari vəz xərçənginin qrip və soyuqdəymə ilə necə səhv salındığını deyib.

"Qalxanvari vəz xərçəngi 90% halda illərlə simptomsuz keçir. Amma pasiyentlərdə bu əlamətlər ola bilər:

- Limfa düyünlərində şişkinlik
- İsti basmalar

- Menstruasiya pozulması

- Baş gicəllənmələr

- Əhval pozilması

- Çəki artımı

Qalxanvari vəz şişi təsadüfən USM müayinədə tapılır. Əgər bu simptomlar varsa, vaxtı boşuna keçirməyin, bu növ xərçəng müalicəyə tabe olur".