Qaraciyərə zərərli QİDALAR

 09:34 07.12.2023     317

Yağlı ət, şirniyyat və un məmulatları qaraciyərin fəaliyyətini pisləşdirə bilər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu qastroenteroloq Valeriya Lomova deyib.

O bildirib ki, heyvan yağında yüksək olan qidalar da qaraciyər sağlamlığı üçün zərərli hesab olunur:

"Hətta meyvələr də qaraciyər hüceyrələrinə zərər verə bilər, ona görə də onların istehlakına nəzarət etmək və ya şəkərsiz giləmeyvələrə üstünlük vermək vacibdir. Alkoqol fibroz və qaraciyər sirrozuna səbəb ola bilər. Qazlı içkilərin, şirin şirələrin və desertlərin həddindən artıq istehlakı məhdudlaşdırılmalıdır. Çünki onların tərkibindəki şəkər “qaraciyər yağlanması”nın yaranmasına səbəb ola bilər".

Humay İSGƏNDƏRLİ