Piylənmə ilə xərçəng arasındakı təhlükəli ƏLAQƏ

 10:30 07.12.2023     359

"Piylənmə maddələr mübadiləsində dəyişikliklər səbəbindən xərçəng riskini artırır".

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı həkim Natalya Bordan deyib.
 
Onun sözlərinə görə, piylənmənin ilkin təzahürləri xəstəlik deyil, lakin piylənmənin ağır formaları 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, sonsuzluq və onkoloji xəstəliklərin bəzi növləri zamanı təhlükəli nəticələr yarana bilər. 

“II-III dərəcəli piylənmə orqanizmin bütün sistemlərinə təsir edən xroniki xəstəlikdir”, - deyə həkim vurğulayıb.

Həkim qeyd edib ki, xərçəngin inkişafına səbəb olan artıq çəki piy toxumasının yığılmasıdır.

Həmidə İBRAHİMLİ