Saç tökülməsinin qarşısını almağın YOLLARI

 16:54 07.12.2023     459

Kosmetoloq Anastasiya Kurskaya saç tökülməsinin qarşısını almağın effektiv yollarını açıqlayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, o, saçın böyüməsini stimullaşdıran baş dərisinə rozmarin (bibəriyyə) bitkisinin suyunu çəkməyi tövsiyə edib.

Həmçinin qan dövranını yaxşılaşdırmaq üçün mütəmadi olaraq problemli nahiyələri üç dəqiqə masaj etmək lazımdır.

"Qış aylarında saçın parlaqlığını və elastikliyini qorumaq üçün nəmləndirilməsi lazımdır", -deyə kosmetoloq Anastasiya Kurskaya qeyd edib.

NƏRGİZ