Həkimlər itlərin xərçəngi hiss edə bildiyini AÇIQLADI
Reabilitasiya həkimi Sergey Aqapkin və onkoloq Vadim Pokrovski itlərin xərçəngi hiss edə bildiyini deyiblər.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Aqapkin itlərin xərçəngi erkən mərhələdə aşkar etmək qabiliyyətini sübut edən araşdırma haqqında danışıb.
Həkimin sözlərinə görə, heyvanların bunu etdiyi dəqiqlik 93 faiz olub.
"İtlərin həqiqətən də çox kəskin qoxu hissi var və burunları ilə şiş hüceyrələri tərəfindən sintez edilə bilən müxtəlif molekulları qoxuya bilirlər", - Pokrovski bildirib.
Onun sözlərinə görə, əgər it qeyri-adi maddələr hiss edibsə, o zaman artıq orqanizmdə çoxlu sayda şiş hüceyrələri olmalıdır.
Yusif EYVAZLI