Qlütenə qarşı dözümsüzlük xərçəng riskini artırır - Həkim
"Qlütenə qarşı dözümsüzlük nazik bağırsaq xərçənginin inkişafına kömək edir".
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu onkoloq Suna İsaqova deyib.
O bildirib ki, qlütenə qarşı dözümsüzlük (çölyak xəstəliyi) olan insanlarda nazik bağırsaq xərçənginin inkişaf riski bir qədər artır və risk xüsusilə 40 yaşdan sonra, eləcə də diaqnozdan sonrakı ilk ildə ən yüksəkdir. Tədqiqatçılar həmçinin çölyak xəstəliyi olan xəstələrdə onkohematoloji xəstəliklərin və mədəaltı vəzi şişlərinin inkişaf riskinin bir qədər artdığını qeyd edir. Qlütenə qarşı dözümsüzlük müalicə olunmazsa, xərçəng, sonsuzluq və otoimmün xəstəliklərin inkişaf riskini artırır".
Humay İSGƏNDƏRLİ