Qaraciyər və bağırsaq xərçənginə qarşı nə qədər qəhvə içmək lazımdır?

 02:15 11.12.2023     344

Artıq qəhvənin xərçəng və digər təhlükəli xəstəliklərin profilaktikasında rolu sübut olunub.

Redaktor.az xəbər verir ki, həkim Denis Bannoqonun sözlərinə görə, amma bu məsələdə düzgün miqdar nəzərə alınmalıdır.

“Sutkada 2 fincan təzə dəmləmiş qəhvə sirroz riskini 2 dəfə azaldır.

Natural qəhvə güclü antioksidantdır, orqanizmdə iltihabla mübarizə aparır.

Avstraliyalı alimlər gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi riskini 40% azaltdığını sübut edib.

Mən hesab edirəm ki, qəhvə öd daşları əleyhinə, depressiyaya qarşı, eləcə də süd vəzi, prostat xərçənginə qarşı da təsir edir”. // medicina.az