Alkoqolsuz pivədə asılılıq yaradan ƏLAVƏLƏR
"Alkoqolsuz pivənin tərkibindəki əlavələr asılılığa səbəb olur".
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı həkim Marqarita Koroleva deyib:
"Belə içkilərdən istifadə zamanı bağırsaqların daxili mikroflorası pozulur”.
O qeyd edib ki, orqanizmin müdafiə vəziyyəti 80% bağırsaqların sağlamlığından asılıdır. Tərkibindəki faydalı və patogen mikroorqanizmlərin balanssızlığı immunitetin azalmasına səbəb olur və nəticədə insanların sağlamlığına mənfi təsir göstərən proseslərin inkişafına kömək edir.
“Lakin alkoqolsuz pivənin əsas təhlükəsi başqadır. Məsələ burasındadır ki, sərxoşluq yaratmamasına baxmayaraq, tərkibində olan əlavələr (dad artırıcılar, ləzzətlər, boyalar) psixoloji səviyyədə alkoqollu içkilərə meyl və asılılıq yaratmağa yönəlib. Sonradan bu psixoloji asılılıq fiziki asılılığa səbəb olur”, - deyə həkim əlavə edib.
Həmidə İBRAHİMLİ