Sürətli çəki itkisi bu problemə səbəb olur - Həkim AÇIQLADI

 15:42 12.12.2023     691

Hormonal sistemin düzgün işləməsi əsasən qidalanmamızdan asılıdır.

Nə üçün yeməkləri vaxtında yemək və uzun müddət ac qalmaqdan çəkinmək lazımdır? Sürətli kilo itkisi hormonal balanssızlığa necə səbəb ola bilər?

Redaktor.az  "vesti.ru"ya istinadən xəbər verir ki, bu barədə doktor Aleksandr Myasnikov danışıb.

Araşdırmalar göstərir ki, insanın çəkisi hormonal sistem tərəfindən idarə olunur. Disbalansın qarşısını almaq üçün düzgün və müntəzəm yemək, həmçinin ac qalmaq və qəfil çəki dalğalanmalarından qaçınmaq vacibdir.

Doktor Myasnikovun vurğuladığı kimi, hormonal sistemimiz sabit çəki üçün çalışır və onu saxlayır. Ancaq tərəzidəki rəqəm kəskin şəkildə azalırsa və sonra yenidən yüksəlirsə, bədən artan çəkini normal hesab etməyə başlayır, bu da bəzən arıqlamaq üçün sonrakı cəhdləri çətinləşdirir.

Bu vəziyyətdə düzgün bəslənmə ilə yanaşı, tibbi müdaxilə də tələb oluna bilər. Eyni zamanda, müntəzəm məşq haqqında da unutmayın.

NƏRGİZ