Qatıq infarktdan qoruyur?

 00:25 13.12.2023     599

Ürək-damar sisteminin yaxşı işi keyfiyyətli qidadan başlayır. Bəs rasiona hansı qidalar əlavə olunmalıdır ki, infarktdan qorunaq?

Redaktor.az medicina.az-a istinadən xəbər verir ki, diyetoloq həkim Mixail Qinzburq əsasən damar tutan qidalardan uzaq durmağın vacibliyini vurğulayıb.

"Damarların xroniki xəstəlikləri infarkt və insultun əsas səbəbidir. Ürək-damar sisteminin ömrünü uzatmaq üçün 6 qrup qidaları qəbul etmək lazımdır:

- Balıq, balıq yağı - yağlı növ

- Zeytun yağı, günəbaxan yağı

- Paxlalılar, mərci

- Qatıq, kefir, yoqurt

- Tərəvəz, meyvə

- Soğan, sarımsaq, sarıkök, istiot.

Eləcə də ürəkdə sərbəst radikalları nar zərərsizləşdirir", - o bildirib.