Bu kokteyl sizi artıq çəkidən xilas edəcək

 02:33 13.12.2023     613

Artıq çəkidən qurtulmaq üçün öncə maddələr mübadiləsini sürətləndirmək lazımdır. Bunun üçün bir çox çaylar, qarışımlar mövcuddur.

Redaktor.az axşam.az-a istinadən sizə həm dadlı, həm də arıqlamanıza yardımçı olacaq kokteyl reseptini təqdim edir.

5 ədəd badam ləpəsi, 1 ədəd yaşıl alma, yarım fincan qatıq və ya şəkərsiz, azyağlı yoğurt, 1 çay qaşığı darçın tozunu blendrdən keçirib için.

Bu kokteyli qəlyanaltı kimi içə bilərsiniz. Gündə 1 dəfə içmək kifayətdir.