Yeni il süfrəsində bu qidaları BİRLƏŞDİRMƏYİN

 21:03 12.12.2023     325

Məşhur Yeni il yeməklərinin bəzi birləşmələri sağlamlığa zərər verə bilər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Veronika Kornilova xəbərdarlıq edib.

Kornilovanın sözlərinə görə, əgər bir şəxs Yeni ildən əvvəl ciddi pəhrizə riayət etməyə başlayıbsa, bayram gecəsində onu qəfil bitirmək olmaz. O, bayramdan bir neçə həftə əvvəl pəhrizi dayandırmağı və bədənin qidalanma dəyişikliyinə hazırlaşması üçün pəhrizi tədricən genişləndirməyi məsləhət görüb.

“Masa arxasında yavaş-yavaş yeyin, yeməyinizi yaxşıca çeynəməyi unutmayın. Bu, təkcə etiket üçün vacib deyil. Hər tikəni ağzınızda əzməklə həzm orqanlarına yükü azalda bilərsiniz”, - deyə həkim məsləhət görüb.

Kornilova həmçinin bayram süfrəsində müxtəlif növ protein qidalarını birləşdirməməyə çağırıb: balıqları süd məhsulları ilə, həmçinin dəniz məhsulları ilə pendir.

"Bu həzm sisteminin həddindən artıq yüklənməsinə səbəb olacaqdır. Süfrədə maksimum üç-dörd yemək olması sağlamlıq üçün ən yaxşısıdır", - deyə o, bildirib.

Yusif EYVAZLI