Səhər yeməyini atmaq infarkta səbəb ola bilər - Həkimdən XƏBƏRDARLIQ
Mütəmadi olaraq səhər yeməyini atmaq infarkta səbəb ola bilər.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə reabilitasiya həkimi Sergey Aqapkin xəbərdarlıq edib.
Mütəxəssis səhər yemək yeməmək vərdişinin infarkt riskini artırdığını bildirib.
"Səhər yeməyini buraxan insanların infarkt keçirmə ehtimalının, atmayanlara nisbətən daha çox olduğunu göstərən bir araşdırma var. Müntəzəm səhər yeməyi yeməmək də şəkər xəstəliyinə tutulma riskini artıra bilər", - həkim vurğulayıb.
Yusif EYVAZLI