Mütəxəssis yuxulamağın səbəbini AÇIQLADI
Baş ağrısı, əsnəmə və yuxululuq əlamətləri zəif havalandırılan otaqlar səbəbindən oksigen çatışmazlığından qaynaqlana bilər.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu haqda həkim Larisa Alekseyeva danışıb.
O bildirib ki, havalandırılmayan otaqda metan, aldehidlər və ammonyak toplanır:
"Bütün bunlar insanlar üçün çox zərərli maddələrdir. Onlar yorğunluq və yuxululuq hissinə səbəb olur. Təmiz hava orqanizmə canlanma imkanı verir. Həmçinin, ventilyasiya sayəsində xoşagəlməz qoxulardan xilas ola bilərsiniz və doldurulmuş oksigen səviyyəsi ağciyərlərin düzgün işləməsi üçün kifayət edir. Otağı havalandırmaqla biz ətraf mühiti mikroblardan, viruslardan, infeksion daşıyıcılardan, həmçinin toz və kifdən təmizləyirik".
Humay İSGƏNDƏRLİ