Noxud buna görə FAYDALIDIR

 09:50 15.12.2023     389

"Noxud orqanizm üçün lazım olan bütün vitamin və qida maddələrinin kompleksinin mənbəyidir və amin turşusu tərkibi sayəsində bu paxlalılar ətlə müqayisə edilə bilər".

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu dietoloq Yelena Solomatina deyib.

Mütəxəssisin fikrincə, bütün əvəzolunmaz amin turşuları noxudda ola bilər ki, bu da bu paxlalıları mükəmməl bitkisəl zülal mənbəyi edir. Noxudda B vitaminləri və fol turşusu da yüksəkdir.

Dietoloq qeyd edib ki, imkan daxilində təzə noxuda üstünlük vermək lazımdır. Lakin onlar yalnız dondurulmuş, quru və hətta konservləşdirilmiş halda öz qida xüsusiyyətlərini saxlaya bilirlər:

“Noxud həm müstəqil yeyilə, həm də qarnir kimi istifadə edilə bilər, daha çox adi kartof və ya makaron əvəzinə şorba, salat və dənli bitkilərə əlavə etmək olar”.

Həmidə İBRAHİMLİ