Şəkər və duzun TƏHLÜKƏLƏRİ
"Şəkər və duz ən təhlükəli qidalardır".
Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı həkim Mark Qadzian deyib.
O, orqanizmdə duzun artıq olmasının qan damarlarında laxtalanmaların əmələ gəlməsinə, həmçinin testosteron səviyyəsinin azalmasına və qan təzyiqinin artmasına səbəb ola biləcəyini bildirib.
Qadzianın sözlərinə görə, şəkər həm də insulin istehsalına mənfi təsir göstərir və qarın bölgəsindəki orqanlarda yağ çökməsinə səbəb olur.
Həkim onu da deyib ki, sadə karbohidratlar, şəkər və duz, həmçinin trans yağlar beyin üçün “qatil birləşmədir” və onun məhvinə səbəb ola bilər.
Həmidə İBRAHİMLİ