Bu xəstəliklər yoga üçün əks göstərişlərdir - XƏBƏRDARLIQ
Hatha yoga təlimatçısı Alexandra Çurkina bu növ fiziki fəaliyyətlə məşğul olmaq üçün əks göstərişləri açıqlayıb.
Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.
O, qastrit, xora, ürək xəstəliyi, açıq yara, şiş və ya öd daşından əziyyət çəkənlərə idmandan çəkinməyi tövsiyə edib.
“Hamilə qadınlar və gənc analar üçün əks göstərişlərin böyük siyahısı var. Ona görə də məşqə başlamazdan əvvəl müəllimə öz bədəninizin xüsusiyyətləri barədə xəbərdarlıq etmək çox vacibdir”, - Çurkina xəbərdarlıq edib.
NƏRGİZ