Həkim şiddətli stressin qeyri-aşkar əlamətini açıqladı - Öskürək...
Xroniki stress səbəbiylə insan psixogen öskürək adlanan bir xəstəliklə qarşılaşa bilər.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə nevroloq Marina Anikina bildirib.
Həkimin sözlərinə görə, soyuqdan yaranan öskürəyin səngiməsi üçün iki həftə kifayətdir.
"Uzun öskürək xroniki stress səbəbiylə başlaya bilər. Əhəmiyyətli bir narahatlıq pozğunluğunun olması öskürəyin psixogen xarakterli olma ehtimalını artırır. Belə öskürəyin öz dövriliyi var, emosional söhbət zamanı və ya hansısa travmatik vəziyyət zamanı baş verir, lakin gecə baş vermir”, - Anikina izah edib.
Nevroloq bildirib ki, uzun müddətli öskürək varsa, bir sıra mütəxəssislərlə məsləhətləşmək və ciddi müayinədən keçmək lazımdır.
Yusif EYVAZLI