Təbəssümünüzü qar kimi ağartmağın yolu

 09:25 19.12.2023     325

Evdə dişləri xüsusi pasta və ağardıcı spreylər istifadə etməklə ağartmaq olar.

Redaktor.az "izvestya"ya istinadən xəbər verir ki, bu barədə implant cərrahı Maqomed Daxkilqov bildirib.

"Ağardıcı diş pastasından istifadə edərkən bunu xatırlamaq vacibdir. Diş pastaları ilə ağartma aşındırıcılıq sayəsində əldə edilir. Bu məcunu hər gün istifadə etsəniz, köhnəlmiş mina və diş ətlərini zədələyə bilərsiniz. Ağardıcı spreylərdən effekt əldə etmək üçün gündəlik istifadəyə iki həftə lazım olacaq", - deyə Daxkilqov vurğulayıb.

Həkimin sözlərinə görə, bu cür dərmanlar kariyes, çatlar və diş ətinin iltihabı zamanı əks göstərişdir.

Humay İSGƏNDƏRLİ