Ayaq biləyindəki daimi şişkinlik bu xəstəliyin göstərici imiş

 12:13 20.12.2023     468

Ayaq biləyi sahəsində daimi şişkinlik təcili tibbi yardım tələb edən bir simptomdur.

Redaktor.az xəbər verir ki, kardioloq Devid Nyubi "Daily Mirror"a müsahibəsində bu barədə xəbərdarlıq edib.

Nyubi deyib ki, ayaq biləyi nahiyəsində vizual olaraq nəzərə çarpan şişkinlik ürək-damar xəstəliklərinin göstəricilərindən biridir. Onlar ürəyin aşağı kameralarından bir və ya ikisinin qanı düzgün şəkildə vurmağı dayandırdıqda ortaya çıxır. Bu zaman maye ayaqlarda, peritonda, bəzi hallarda isə ağciyərlərdə toplana bilər.

Eyni zamanda Nyubi qeyd edib ki, şişkinlik həmişə ürək xəstəliyini göstərə bilməz. Başqa səbəblər də ola bilər. Ən çox rast gəlinən səbəblər arasında o, təzyiqi sabitləşdirmək üçün dərman qəbul etməyi, çox miqdarda duzlu qidalar qəbul etməyi, hamiləlik və premenstrüel sindromu qeyd edib. Onun sözlərinə görə, şişkinlik mütəmadi olaraq baş verirsə və digər narahatedici simptomlarla müşayiət olunursa, göz ardı etmək olmaz: sinə ağrısı, tərləmə, aritmiya, boğulma hissi və daimi yorğunluq müşahidə olunur. Bundan əlavə həkim bildirib ki, bəzən ürək xəstəliyi mədə, bel, qol, ayaq və ya çənədə ağrıya da səbəb olur.

NƏRGİZ