Həkim mədə yanmasından xilas olmağın yolunu AÇIQLADI

 19:53 20.12.2023     452

Bir stəkan süd mədə yanmasından tez qurtulmağa kömək edəcək. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Piter Vorvell deyib.

Vorvellin sözlərinə görə, mədə yanması ən çox yağlı və qızardılmış yeməklərdən sonra meydana gəlir.

"Çünki belə qidalar mədə boşalmasını gecikdirir və mədə şirəsinin yemək borusuna daxil olmasına imkan verir. Mədə şirəsində turşu olduğu üçün sinə və boğazda yanma hissi yaradır. Dərmanlar mədə yanmasını aradan qaldırmağın ən təsirli yoludur, lakin onlar yoxdursa, adi süd də kömək edə bilər. Süd xlorid turşusunu neytrallaşdırır, mədənin divarlarını örtür və simptomu müvəqqəti olaraq aradan qaldırır", - deyə qastroenteroloq bildirib.

Yusif EYVAZLI