Davamlı aclıq hissinin səbəbləri BUNLARDIR
Yeməklər arasında daimi aclıq hissi xroniki stress, müəyyən dərmanların qəbulu və pis qidalanma səbəbindən görünür.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə diyetoloq Rob Hobson danışıb.
Hobson qeyd edib ki, əgər əsas yemək çox yüngül olarsa və orqanizm lazımi miqdarda qida qəbul etmirsə, aclıq hissi tez qayıdır.
"Qızardılmış kartof, hamburger və şirniyyatlar tez həzm olunan karbohidratlardır və qanda şəkərin səviyyəsinin aşağı düşməsinə səbəb olur və bu, aclığı artıra bilər", - deyə mütəxəssis izah edib.
Onun sözlərinə görə, ideal olaraq gündəlik pəhriz zülallar, liflər və karbohidratlardan ibarət olmalıdır, o zaman orqanizm iş üçün lazım olan elementləri alacaq və qidaya daimi ehtiyac duymayacaq.
Hobson qeyd edib ki, pəhrizdən başqa digər amillər də aclığa səbəb ola bilər.
"Bir çox insanlar sadəcə cansıxıcılıqdan qəlyanaltı yeməyi xoşlayırlar, zaman keçdikcə bu vərdiş halına gəlir, buna görə də insan özünü tox hiss etmir və həqiqətən ac olmasa belə yeməyə davam edir", - diyetoloq vurğulayıb.
Yusif EYVAZLI