Qulaqlarda cingilti səslərinin SƏBƏBLƏRİ
"Qulaqlarda cingiltilərin səbəbləri də sağlamlığa zərər verə bilər".
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bunu nevroloq Diana Andreeva deyib.
O qeyd edib ki, qulaqlarda cingiltilərin ən çox görülən səbəb xarici, orta və daxili qulaq xəstəlikləridir:
"Həmçinin, psixo-emosional pozğunluqlar, ürək-damar və endokrin sistem xəstəlikləri də qulaqlarda cingiltiyə səbəb ola bilər. Əksər hallarda qulaqlarda cingilti hissi sağlamlığa təhlükə yaratmır, lakin diqqət etməli olduğunuz simptomlar var. Xüsusilə, eşitmə itkisi ilə müşayiət olunan ani səs-küydən danışırıq. Bu, müalicə üçün təcili tibbi yardım tələb edən sensorinöral eşitmə itkisi ola bilər".
Humay İSGƏNDƏRLİ