Şəkər istehlakını azaltmağa kömək edəcək QAYDALAR
"Üç yaşdan beş yaşa qədər sağlam bir uşağın orqanizmi üçün gündə 12 q-a qədər, beş ildən yeddi yaşa qədər - 15 q-a qədər şəkər istehlakına icazə verilir".
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bunu qidalanma üzrə mütəxəssis və sağlam qidalanma sahəsində ekspert Tatyana Meşçeryakova deyib.
O bildirib ki, sağlam bir yetkin bədəndən danışırıqsa, qadınlar gündə 35-40 q, kişilər isə 40-50 q şəkər istehlak edə bilər:
"Əksər hallarda artıq şəkər konservləşdirilmiş qidalarda da olur: qarğıdalı, noxud və digər tərəvəzlər və təbii ki, meyvələr. Yarımfabrikat ət məhsulları və kolbasa da istisna deyil və əksər vaxt tərkibində çox miqdarda şəkər ehtiva edir. Məsləhət görürəm ki, məhsulların tərkibinə daha çox diqqət yetirin, Sonra isə gündəlik şəkər qəbulunuzu necə idarə edəcəyinizi dəqiq seçin".
Humay İSGƏNDƏRLİ