Ömrünü uzatmaq istəyənlər üçün ən yaxşı İDMAN NÖVLƏRİ

 09:36 26.12.2023     327

Danimarka alimləri ömrünü uzatmaq istəyənlər üçün ən yaxşı idman növlərini müəyyən edib. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, alimlərin gəldiyi qənaət "Fitforfun.de" tərəfindən dərc edilib.

Mütəxəssislər 8,5 min subyekti müşahidə edərək belə nəticəyə gəliblər ki, uzunömürlülük üçün komanda idmanı ən faydalıdır. Ömrü orta hesabla 9,7 il uzadan tennis birinci, ikinci yerdə badminton (6,2 il) və üçüncü yerdə isə futbol (4,7 il) gəlir.

“Komanda idmanının sosial qarşılıqlı əlaqəsi ilə siz nəinki hərəkət edirsiniz, həm də sosial cəhətdən bağlı və emosional olaraq məşğul olursunuz. Məşq etdikdən sonra özünüzü daha da məmnun və rahat hiss edirsiniz”, - tədqiqat müəllifləri bildiriblər.

Humay İSGƏNDƏRLİ