Aqressiv xərçəngin gizli ƏLAMƏTLƏRİ
"Erkən mərhələlərdə mədə xərçəngi digər xərçəng növləri kimi simptomsuz keçə bilər".
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bunu rusiyalı onkoloq Beslan Balkarov deyib.
Həkim xərçəngin bu aqressiv növünün aşkar olmayan əlamətlərini sadalayıb ki, bu da ona mümkün qədər tez diaqnoz qoymağa imkan verəcək.
Onkoloqun sözlərinə görə, mədə xərçənginin inkişafının ilkin mərhələsində xəstədə udma problemi yaranır, ürək yanması, ürəkbulanma və qusma ilə əziyyət çəkir. Yeməkdən sonra şiddətli şişkinlik və az miqdarda yemək yedikdən sonra da toxluq hissi müşahidə olunur.
Mədə xərçənginin əsas əlamətlərinə diqqət çəkən həkim qeyd edib ki, digər xəstəliklər, məsələn, qastrit, yırtıq, qıcıqlanmış bağırsaq sindromu da oxşar şəkildə özünü göstərə bilər:
"Bir insan sadalanan xoşagəlməz hisslərdən əziyyət çəkirsə, mümkün qədər tez həkimə müraciət etməlidir".
Həmidə İBRAHİMLİ