Ağızdan nəfəs almanın təhlükələri - Həkim XƏBƏRDARLIQ etdi
Ağızdan nəfəs almaq təhlükəli nəticələrə səbəb ola bilər.
Redaktor.az "Qazeta.Ru"a istinadən xəbər verir ki, bunu ortodont Kseniya Puşkina deyib.
“Ağızdan nəfəs almaq siqaretdən daha zərərlidir. Ağızdan nəfəs almanın bədənimiz üçün təhlükəli olduğunu düşünə bilərsiniz, çünki soyuq hava tənəffüs yollarına daxil olur. Amma fakt budur ki, bu yolla biz özümüzü ən təbii müdafiədən - azot oksidindən məhrum etmiş oluruq. Orqanizm bu maddəni yalnız burnumuzla nəfəs aldıqda istehsal edir”, - Puşkina qeyd edib.
Həkim izah edib ki, azot oksidi bakteriya və viruslara qarşı bir növ filtrdir və oksigenin orqanizmin bütün hüceyrələrinə daxil olmasını təmin edir. Ağızdan nəfəs almağa nisbətən insan burundan nəfəs alarkən daha az oksigen alır.
Bundan əlavə, ağızdan nəfəs almaq dişlərin düzülüşünün pozulmasına, gecə apnesinin inkişafına, xroniki burun tıkanıklığına səbəb ola bilər, artıq çəki, qabağa doğru uzanan çənə, əyilmiş duruş və pozulmuş konsentrasiya, həmçinin adenoidlər, tonzillit və badamcıqlarda tıxanmaların yaranmasına səbəb ola bilər.
NƏRGİZ