Həkim qırışlarla mübarizədə effektiv üsulu AÇIQLADI
Dermatoloq Nira qırışlarla mübarizədə təsirli üsulu açıqlayıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, müvafiq nəşr onun TikTok səhifəsində yerləşdirilib.
Belə ki, dərinin qocalmasının qarşısını almaq üçün həkim pəhrizə badamı daxil etməyi məsləhət görüb.
"24 həftəlik bir klinik araşdırma, gündə təxminən 400 kalori (təxminən üç ovuc) badam qəbul edən qadınların üz qırışlarında əhəmiyyətli dərəcədə azalma yaşadıqlarını aşkar etdi", - deyə mütəxəssis. bildirib.
Yusif EYVAZLI