Həkim qarın piylərindən qurtulmağın yollarını SADALADI

 20:44 26.12.2023     293

Terapiya üzrə mütəxəssis Oksana Drapkina qarın yağından qurtulmağın yollarını açıqlayıb. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Həkim bildirib ki, qarın piylərinin olması ümumi olaraq artıq çəkinin olmasından daha çox ürək-damar xəstəliklərinin inkişaf riskinə səbəb olur. 

O, omba dairələri, yan əyilmələr, düz ayaqları qaldırma, aşağı əyilmə etməyi məsləhət görüb.

"Hər məşqin 4-6 təkrarı ilə kompleksi yerinə yetirməyə başlamalısınız, tədricən 8-10-a qədər artırın. Onlar həftədə iki-üç dəfə, yatmadan üç saat əvvəl və yeməkdən bir saat sonra edilməlidir", - deyə o bildirib.

Yusif EYVAZLI