Süni intellekt infarkt riskini 10 il əvvəldən müəyyənləşdirir

 17:44 27.12.2023     240

Süni intellekt sayəsində ürək xəstələrinin erkən diaqnozla müalicə oluna biləcəyi və minlərlə insanın həyatını xilas edə biləcəyi proqnozlaşdırılır.

Redaktor.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu, İngiltərədə aparılan araşdırma zamanı məlum olub.

Araşdırmaya görə, süni intellekt sayəsində bir insanın yaxın 10 il ərzində infarkt keçirmə riskini proqnozlaşdırmaq mümkün olacaq. Oksford Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda koronar kompüter tomoqrafiyasının nəticələrinin süni intellektlə necə yaxşılaşdırıla biləcəyi araşdırılıb. Həmin nəticələr damarlarda tıxanma və ya daralma aşkar etmək üçün istifadə olunur. Məlumdur ki, damarlarında “önəmli” daralma olanların ciddi infarkt keçirmə ehtimalı daha yüksəkdir. Bununla belə, tədqiqat nəticələri göstərir ki, hətta damarlarında daralma olmayan xəstələrdə də ölümcül infarkt riski mövcuddur. Bundan başqa, risk altında olan xəstələrin sayı digərlərinə nisbətən iki dəfə çoxdur.

Britaniya Ürək Fondunun məlumatına əsasən, ölkədə hər il təqribən 350 min insan ürək xəstəlikləri üçün kompüter tomoqrafiyasından keçir, lakin sonradan bir çox pasiyentlərin nəticələrində kiçik daralmalar aşkar edilmədiyi səbəbdən infarktdan dünyasını dəyişir.

Süni intellekt təxminən səkkiz il ərzində üç mindən çox xəstə üzərində sınaqdan keçirilib və texnologiyanın infarkt riskini dəqiq proqnozlaşdıra bildiyi məlum olub.

Tədqiqat Britaniya Ürək Fondu tərəfindən maliyyələşdirilib.