Daha çox yayılan xərçəng növləri
Döş xərçəngi, prostat xərçəngi bu gün ən çox yayılmış xərçəng növlərinə çevrilib.
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bunu onkoloq Daniil Stroyakovski deyib.
O söyləyib ki, xərçəngin artmasına gətirib çıxaran səbəbin nə olduğunu həkimlər birmənalı olaraq bilmirlər:
"Qidalanma rejimlərindəki dəyişikliklərlə də artma sayı əlaqələndirilir. Xərçəng halları piylənmə ilə və ümumiyyətlə, dəyişdirilmiş pəhriz nümunələri ilə əlaqələndirilir. Dünyanın xəritəsini götürsək və qırmızı ət istehlakının ən çox olduğu yerlərə nəzər salsaq, sonra bu xəritədə başqa bir xəritəni - döş xərçəngi və kolon xərçəngi xəritəsini üst-üstə qoysaq, görərik ki, bu xəritələr demək olar ki, tam uyğun gəlir. Dünyanın ən çox qırmızı ət və süd istehlakının olduğu, orta ömür uzunluğunun və insanların ən çox olduğu yerlərdə süd vəzi xərçəngi və kolon xərçənginə ən çox rast gəlinir".
Humay İSGƏNDƏRLİ