Həkim soyuq duş haqqında məşhur mifi dağıtdı
"Soyuq su ilə yuyunmaq infarkt və insultdan qorumur".
Redaktor.az "lenta.ru"ya istinadın xəbər verir ki, reabilitasiya həkimi Sergey Aqapkin soyuq duş qəbulunun ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edəcəyi fikrini təkzib etdi.
"Bundan başqa, müşahidələr göstərir ki, bəzi hallarda hipotermi (bədən temperaturunun 35°C-dən aşağı) ümumiyyətlə ürək-damar xəstəlikləri olan insanlar üçün əks göstərişdir".
Eyni zamanda, həkimin sözlərinə görə, normal vanna qəbul etmək ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir.
NƏRGİZ