Diyetoloq bayramda sağlam yuxu üçün bu içkini tövsiyə etdi

 21:47 28.12.2023     337

Qırmızı şərabın müntəzəm istehlakı yuxunu yaxşılaşdırır və həmçinin qanda xolesterinin səviyyəsini azaldır. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə dietoloq Maykl Mosli bildirib.

Mosleyin sözlərinə görə, həkimlər şəkərli diabet xəstələrini izləyərkən qırmızı şərabın müsbət təsirini müşahidə ediblər.

"Tədqiqatların birində xəstələr üç qrupa bölünüb: birincisi şam yeməyi ilə bir stəkan qırmızı şərab, ikincisi ağ şərab, üçüncüsü isə mineral su içib. Qırmızı şərab içənlər daha çox faydalanıb. Onların xolesterinin səviyyəsi və yuxusunun keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb", - diyetoloq tədqiqatın nəticələrini paylaşıb.

Mütəxəssis içkidən sui-istifadə etməməyi tövsiyə edib.

Yusif EYVAZLI