Kalorili bayram yeməklərindən sonra bədən formamızı necə qorumalı? - Mütəxəssis MƏSLƏHƏTLƏRİ

 16:38 29.12.2023     284

Tətillərdə demək olar ki, hər kəs əlavə çəki alır.

Redaktor.az xəbər verir ki, bayram süfrələrində bir neçə çeşid yemek olur. Yağlılığı ilə seçilən yeməklər sayəsində artıq çəki almaq çox asandır.

Bayramlardan sonra hər üç nəfərdən biri artıq çəkidən əziyət çəkir. Düzgün fiziki fəaliyyətin olmamasını da nəzərə alsaq vəziyyət daha acınacaqlıdır. Ancaq həqiqətən pəhriz saxlamadan çəki almaq istəmirsinizsə, o zaman kalori sərf etməyin yolunu tapmaq lazımdır. Məsələn ayaq barmaqları üzərində addımlamaq ola bilər.

Yataqdan çətinliklə qalxa bilən insanlardansınızsa, günə başqa bir məşqlə başlamaq daha yaxşıdır.

Fiziki reabilitasiya və bədən mexanikası üzrə mütəxəss Vladimir Bondarenkos məsləhət görür ki, divanda uzanaraq qollarımızı və ayaqlarımızı yuxarı qaldırıb və yavaş-yavaş salınım hərəkətləri edin. Bu hərəkətlər ilk növbədə limfa axınını aktivləşdirir. Limfa isə kanalizasiya sistemi adlanır. Bədənin bütün toksinləri orada sorulur. Biz belə hərəkətlər etdikdə bütün çürümüş məhsullar limfa düyünlərimizə yığılır və xaric olur.

Yataqdan asanlıqla qalxa bilənlərdənsinizsə, ilkin məşq kimi yüngül uzanma hərəkətləri etmək olar. Statik məşq "atlı" iştahınızı cilovlamağa kömək edəcək.

Yoqa məşqçisi Anfisa Kononova isə bildirir ki, bayramdan sonrakı günlərdə atlı pozasını vermək çox gözəldir: ayaqlarımızı geniş aralayırıq və dizlərimizi əyirik. Əllər yuxarı, çiyinlər aşağı. Təsəvvür edək ki, arxamda bir divar var və mən ona söykənirəm. Bu poza bədəni yüngülləşdirir. 

Faydalı qış fəaliyyətləri arasında lider idman növü xizəkdir. Konki sürmə zamanı böyrəklər, ağciyərlər və tər vəziləri intensiv işləyir, bu da toksinlərin atılmasını asanlaşdırır. Bundan əlavə, şaxtalı hava böyük faydalar təmin edir. Mənfi ionlar oksigenlə zəngindir, bədəni tonlayır və immunitet sistemini gücləndirir. Bundan əlavə, bu idman növü istənilən cins, yaş və sağlamlıq vəziyyətində olan insanlar üçün asan mənimsənilən məşqdir.

NƏRGİZ