Həkimdən Yeni il ərəfəsində sağlamlıq üçün TÖVSİYƏ
Yeni il ərəfəsində özünü normal hiss etmək üçün gün ərzində dincəlmək lazımdır
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Oftalmoloq Mixail Konovalov bildirib.
Onun sözlərinə görə, təxminən 13:00-dan 15:00-a qədər bir az yatmaq lazımdır.
"Ən qısa yuxu 10 dəqiqə, ideal variant 26 dəqiqədir”, - Konovalov bildirib.
Həkim yuxusuz gecənin təhlükəli ola biləcəyini də vurğulayıb.
“Uzun müddət yatmamısınızsa, maşın sürməməlisiniz. Koqnitiv qabiliyyətlər azalır, insan uzun müddət yatmayanda pis fikirləşir”, - deyə Konovalov qeyd edib.
Yusif EYVAZLI