Yeni ildə həddindən artıq yeməyin dəhşətli NƏTİCƏLƏRİ
Həddindən artıq yemək və alkoqolun həddindən artıq dozası səbəbindən şiddətli qusma yemək borusunun yırtılmasını təhdid edə bilər.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Aleksey Paramonov bildirib.
Mütəxəssis izah edib ki, şiddətli qusmalardan sonra qida borusu ilə mədənin qovşağında selikli qişada yırtıq yarana bilər.
“Bu təhlükəli vəziyyətə "Mallori-Veys" sindromu deyilir. Qusmada qırmızı qan qarışığı ola bilər. Həmçinin aşağı qan təzyiqi və yüksək nəbz varsa dərhal həkimə müraciət etmək lazımdır”, - qastroenteroloq vurğulayıb.
Paramonovun sözlərinə görə, bu simptomlar təcili tibbi yardım tələb edir.
"Bunlar mədə-bağırsaq traktının ciddi problemlərini göstərən və həkimlə təcili məsləhətləşməni tələb edən əsas "qırmızı bayraqlardır", - deyə o, qeyd edib.
Yusif EYVAZLI