Unutqanlıq xəstəliyinin müalicə varmı? - Yeni metod tapılıb
Nebraska Universitetinin Tibb Mərkəzinin alimləri Alzheimer (zehni funksiyaların itirilməsi) xəstəliyi olan siçanlarda öyrənmə və yaddaşı yaxşılaşdıran yeni hüceyrə terapiyası hazırlayıblar.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Molecular Neurodegeneration" jurnalında dərc olunub.
Metod beta-amiloid zülalının yaratdığı lövhələr də daxil olmaqla, Alzheimer xəstəliyinin əsas aspektləri ilə mübarizə aparmaq üçün immunitet sistemini aktivləşdirməyi hədəfləyir. Bu yığılmalar beyin toxumasında toplanır və sinir hüceyrələrinin bir-birinə siqnal ötürməsinə mane olur. Bir fərziyyə budur ki, demans üçün xarakterik olan geri dönməz yaddaş itkisinə və davranış dəyişikliklərinə səbəb olan amiloid lövhələrdir.
Tədqiqatda tənzimləyici T hüceyrələri ilə əlaqəli genetik cəhətdən dəyişdirilmiş immun hüceyrələrdən istifadə edilib. Bu hüceyrələr laboratoriya siçanlarının qan dövranına daxil edildikdə, sinir toxumasının iltihabı kimi lövhə yığılması yavaşlayır. Təsirə məruz qalan siçanların idrak qabiliyyətləri də yaxşılaşır.
Tədqiqatçılar bildiriblər ki, işlənmiş immun hüceyrələri bütün dünyada milyonlarla insana təsir edən Alzheimer (zehni funksiyaların itirilməsi) xəstəliyinin daha effektiv müalicəsini təmin edə bilər. Növbəti addım bu yanaşmanın insanlar üzərində sınaqdan keçirilməsidir.
NƏRGİZ