Düyünlü zobun 7 yaranma səbəbi – Nə etməli?

 00:25 02.01.2024     502

Qalxanvari vəzdə problem, düyün olduqda enerji mübadiləsi pozulur, hormonlar azalır.

Bu orqanın toxuması çoxsaylı follikullardan ibarətdir. Orqanda düyün məhz bu follikullardan birinin böyüməsidir.

Statistikaya görə, əhalinin 6-7%-də bu patologoya var, 10% isə hələ bundan xəbərsizdir. Çünki insan zobu, düyünü olduğunu illərlə hiss etmir.

Redaktor.az düyünlü zobun yaranma səbəblərini təqdim edir:

Hələ ki, elm dəqiq səbəbi təyin etməyib.

Bu vaxta qədər hesab edilir ki, düyünün səbəbi sırf yod çatışmazlığıdır. Amma alimlər düyünlərin yaranmasında yodun əsas rol oynamadığını bildirib.

Əsas səbəblərdən:

- Hormonal disbalans – tireod hormonların azlığı

- İrsi nəsil genetika

- Pis ekoloji durum, çirkli hava, radiasiya

- Orqanizmdə turşu-qələvi balansının pozulması

- Zərərli qidalar yemək

- Stress

- Vitamin-mineral çatışmazlığı

Düyünlü zobun müalicəsi ilə endokrinoloq məşğul olur (medicina.az).