Həkim naringi barədə xəbərdarlıq etdi

 10:27 07.01.2024     435

"Naringilərə qarşı allergiya çox vaxt uşaqlarda baş verir".

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı allerqoloq-immunoloq Marina Apletaeva deyib.

Həkim allergik reaksiyanı vaxtında hiss etmək və qəbulu məhdudlaşdırmaq üçün məhsulu az miqdarda istifadə etməyə başlamağı tövsiyə edib.

Onun sözlərinə görə, naringi allergiyası böyüklərdə daha az baş verir, lakin hər şey meyvənin qəbul miqdarından asılıdır.

Mütəxəssis hesab edir ki, gündə iki və ya üç dilimdən çox yemək lazım deyil.

Həmidə İBRAHİMLİ