Emal olunmuş pendirin TƏHLÜKƏLƏRİ

 10:34 08.01.2024     414

"Emal olunmuş pendir öz tərkibinə görə təbii pendirdən ciddi şəkildə fərqlənir".

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bunu rusiyalı diyetoloq Aleksandra Razarenova deyib.

Həkim emal olunmuş pendirin təhlükələri barədə xəbərdarlıq edib və bu məhsulun tərkibindəki qida əlavələrini açıqlayıb.

O qeyd edib ki, xüsusi maddələr bu pendirə konsistensiya verir:

“Bunlar emulqatorlar, boyalar, ləzzət artırıcılar, stabilizatorlar və konservantlardır. Çox vaxt emal olunmuş pendirin istehsalında trans yağlardan istifadə olunur”, - deyə o qeyd edib.

Bundan əlavə, emal edilmiş pendirdə təbii pendirdən daha çox duz, konservantlar və yağlar var. Bu məhsulun həddindən artıq istehlakı qanda xolesterinin artmasına, piylənmənin artmasına, ürək-damar xəstəliklərinin və şəkərli diabetin inkişaf riskinin artmasına səbəb olur:

"Sağlam insanlara gündə bir və ya iki çay qaşığından çox olmayan emal edilmiş pendir istehlak etmələri tövsiyə olunur".

Həmidə İBRAHİMLİ