Yeni il bayramından sonra necə arıqlamaq olar - Həkim qaydaları AÇIQLADI
Qışda bəzi insanlar tez kökəlirlər və sonra çimərlik mövsümü üçün arıqlamaq istəyirlər. Daim gözəl bir bədənə sahib olmaq və özünüzü rahat hiss etmək üçün bir neçə sadə qaydaya riayət etmək vacibdir.
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, arıqlamağın qaydalarını tibb mütəxəssisi Boris Polyaev açıqlayıb.
“Ən düzgün qərar sadəcə olaraq adi pəhrizinizə qayıtmaq, həmçinin yuxu və yemək rejiminizi bərpa etmək olardı. Ardınca edə biləcəyiniz iş gündə dörd dəfə yemək olardı: səhər yeməyi, nahar, şam yeməyi və istənilən qəlyanaltılardan biri”, - ekspert izah edib.
Həkimin fikrincə, insan istehlak etdiyindən daha çox enerji sərf etməlidir, bu səbəbdən eyni zamanda fiziki fəaliyyəti artırmaq və gündəlik istehlak edilən kalorilərin sayını azaltmaq lazımdır.
“Zülal keyfiyyətli arıqlamaq üçün əsasdır. Bu, uzun müddət toxluq hissini qoruyur və qəlyanaltılardan qaçmağa kömək edir. Normalda, zülal pəhrizin kalorili məzmununun ən azı 10% -ni təşkil etməlidir, lakin arıqlama prosesində onun miqdarını 20-30% -ə qədər artırmaq daha yaxşıdır. Ən az yüksək kalorili seçimlər toyuq filesi, hinduşka, dana əti, dovşan, balıq ətidir”, - Polyaev qeyd edib.
Həkim bildirib ki, bağırsaqların fəaliyyətini yaxşılaşdıran və yaxşı doyuran lifə də diqqət yetirmək lazımdır. Lifin əsas mənbələri tərəvəzlər, paxlalılar, taxıllar və göyərtidir.
O, həmçinin yuxuya ehtiyac olduğunu, bu müddət ərzində insan orqanizminin arıqlamaq üçün vacib olan iki hormonu - iştahı idarə etməyə cavabdeh olan qrelin və toxluq hissini tənzimləyən leptin istehsal etdiyini diqqətə çatdırıb. Həkim yuxusuzluğun bu hormonların sintezinə maneçilik törətməklə yanaşı, maddələr mübadiləsinə də mənfi təsir göstərəcəyini vurğulayıb:
“Su bütün orqanizmin fəaliyyətini, gəncliyi və gözəlliyi qorumaq üçün lazımdır. İnsan gündə 1 kq çəkiyə görə 30 ml maye qəbul etməlidir. Bu normaya təkcə su deyil, çay, qəhvə və hətta şorba da daxildir. Lakin mayenin 60%-dən çoxu təmiz içməli su olmalıdır”, - ekspert qeyd edib.
Həkim əlavə edib ki, Yeni il tətillərində təxminən 3-4 kq çəki ala bilərsiniz, istirahətdən sonra fiziki fəaliyyət tədricən tətbiq edilməlidir. Buna görə də, işdən sonra qısa bir gəzinti etmək və gün ərzində kompüterdə oturmaqdan yorulan boyun, kürək və bel nahiyələrini yüngülləşdirməyə kömək edəcək kiçik bir sıra məşqlər etmək vacibdir.
NƏRGİZ