Həkimlər qaraciyər haqqında bu mifi ALT-ÜST ETDİLƏR
Həkim Yelena Malışeva və kardioloq Qerman Qandelman qaraciyərin təmizlənməsi fikrini yalan adlandırıb.
Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.
“Əgər hər şey bu qədər asan olsaydı və qaraciyəri təmizləyə bilsəydik, onda hər şey yaxşı olardı. Qaraciyəri təmizləmək mümkün deyil, onu sağlam həyat tərzi ilə qorumaq lazımdır”, - Qandelman bildirib.
Malışeva izah edib ki, hepatit B və C cinsi yolla ötürülür. Sağlam şəkildə qorunmaq lazımdır.
Bu və digər xəstəliklərdən sığortalanmaq üçün həkimlər yeni il tətillərindən sonra qaraciyərin ultrasəs müayinəsindən keçməyi və qaraciyər fermentləri üçün qan testini etməyi məsləhət görüblər.
NƏRGİZ