Qan laxtalanmasının əlamətləri

 10:20 12.01.2024     529

"Tromboz tromboemboliyaya və insulta səbəb ola bilər".

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı kardioloq Anastasiya Fomiçeva deyib.

Onun sözlərinə görə, tromboz ciddi sağlamlıq problemlərinə səbəb ola bilər və buna görə də bu xəstəliyi erkən mərhələdə müəyyən etmək vacibdir:

"Kəskin tromboz damarın içəridən trombotik adlanan viskoz kütlələrlə tıxanmasıdır. Belə tıxaclar qan axınına maneə törədir. Bir arteriya bloklanırsa, bu arterial trombozdur. Arterial trombozun ilk əlamətləri ani, çox şiddətli ağrı, əzalarda nəbzin olmaması, solğunluq, soyuqluq, əzaların uyuşmasıdır”.

O əlavə edib ki, işemiya zamanı trombolitik dərmanların tez yeridilməsi lazımdır və hər bir tromboz növü vaxtında diaqnoz tələb edir, çünki müalicəyə mümkün qədər tez başlamaq lazımdır.

Həmidə İBRAHİMLİ