Xoruldamanın səbəbləri və ondan qurtulmağın yolları

 10:52 15.01.2024     649

“İnsan xoruldayanda beyni ventilyasiya olunmur, çünki beyin burundan nəfəs alaraq havalandırılır. Xoruldayan adam ağızdan nəfəs alır. Yəni xoruldayan adamın beyni əziyyət çəkir”.

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı həkim Vladimir Zaitsev deyib.

O qeyd edib ki, belə yuxudan sonra insan yorğun oyana bilər:

"Xoruldama səbəbindən maddələr mübadiləsi prosesləri pozulur, çəki artır, qan təzyiqi yüksəlir. Nəticədə, infarkt və insult üçün böyük risklər var".

Həkimin sözlərinə görə, xoruldamanın səbəbləri arasında burunun selikli qişasının şişməsi, burun çəpərinin əyri olması, burun boşluğunda poliplər, axşam həddindən artıq qidalanma ilə qeyri-sağlam həyat tərzi ola bilər:

“Əgər xoruldayırsınızsa, somnoloqa (yuxu üzrə mütəxəssislərə) yox, LOR həkiminə müraciət etməlisiniz. Həkim müayinə edəcək, problemin dərəcəsini qiymətləndirəcək və buna nəyin səbəb olduğunu öyrənəcək".

Həmidə İBRAHİMLİ