Sümük bulyonunun istifadəsi sağlamlığa zərərlidir - Həkim AÇIQLADI

 10:28 16.01.2024     297

"Sümük suyu heç bir müalicəvi xüsusiyyətə malik deyil".

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, endokrinoloq Zuxra Pavlova deyib.

Onun sözlərinə görə, sümük bulyonunun faydaları həqiqətdən daha çox mifdir:

“Sümük suyu ilə bədənə daxil olan kollagen heç vaxt birbaşa dəriyə, oynaqlara və ya əzələlərə getməyəcək. O, mədədə amin turşularına parçalanır və bu amin turşuları orqanizmin onlara üstünlük verdiyi yerdə istifadə olunacaq”.

Bundan əlavə, Pavlova qeyd edib ki, sümük bulyonunun uzun müddət istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Onun sözlərinə görə, ilk növbədə gut və urolitiyazlı, həmçinin hipertoniyaya meylli insanlar risk altındadırlar.

Həmidə İBRAHİMLİ