Qarın piyini əritməyin 5 yolu

 16:44 16.01.2024     304

Fitnes üzrə məşqçi Aleksandra Sulim qarın piyini yandırmağın beş yolunu deyib.

Redaktor.az bu barədə “izvestiya”ya istinadən xəbər verir.

Mütəxəssis əvvəlcə güc və kardio məşqlərini birləşdirməyi məsləhət görüb: "Eyni zamanda, kardio məşqinin müddəti ən azı 30 dəqiqə olmalıdır və tədricən interval sürətləndirilməlidir".

İkincisi, Sulim məşqdən sonra 30 dəqiqədən gec olmayaraq yeməyi tövsiyə edib. O, həmçinin pəhrizə və gündəlik kalori qəbuluna riayət etməyin vacibliyini xatırladıb.

Bundan əlavə, məşqçi içmə rejiminə əməl etməyi tövsiyə edib. Sulimin sözlərinə görə, gündəlik doza hər kiloqram çəki üçün 30 mililitr su təşkil edir. 

NƏRGİZ