Yata bilməyənlərin diqqətinə...

 00:25 17.01.2024     210

Yuxusuzluq problemi olanlara düyü yaxşı təsir edə bilər.

Redaktor.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər düyünün yuxu gətirməsini sübut ediblər.

Yüksək indeksli düyü triptofanın miqdarını artırır, o sevinc hormonudur. İnsanı rahatladır, yuxuya getməsini asanlaşdırır.

Tədqiqatda 2 min könüllü iştirak edib, axşam yeməyində bir pors düyü sağlam və dərin yuxu verə bilər.

Təcrübədə iştirakçılar 3 qrupa ayrılıb: birinə yuxudan əvvəl çörək, digərinə makaron, üçüncüyə düyü verilib.

Çörək və makaron yuxuya getməyə təsir etməyib, amma düyü yaxşı təsir edib.

Lakin alimlər çox düyü yeməyi də tövsiyə etmir, çünki onda zərərli mərgümüş də olur, bu isə genetik dəyişikliklər yaradır.