Azərbaycanın dərman istehsalı artıb

 14:04 17.01.2024     223

2023-cü ildə Azərbaycanda 8 milyon 400 min manatlıq dərman istehsal olunub.

Redaktor.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2022-ci illə müqayisədə 7.2% çox olub.

2024-cü il yanvar ayının 1-ə olan məlumata görə, Azərbaycanın hazır dərman məhsul ehtiyatı isə 270 min manat təşkil edir.