Davamlı öskürəyin arxasında gizli xəstəlik ola bilər - Həkim XƏBƏRDARLIQ etdi

 17:28 17.01.2024     270

İmmunoloq Andrey Prodeus daimi öskürəyin arxasında gizlənən ciddi xəstəlikdən danışıb.

Redaktor.az bu barədə NSN-yə istinadən xəbər verir.

Prodeus, xroniki öskürəyin boğmacanın bir əlaməti ola biləcəyini söyləyib. O, xəbərdarlıq edib ki, uşaqlarda xəstəlik böyüklərə nisbətən daha ağır keçir və bəzi hallarda hətta ölümlə nəticələnə bilər.

Mütəxəssis göy öskürəyə qarşı peyvənd olunmağa çağırıb. Onun sözlərinə görə, sonuncu dəfə uşaqlıqda bu xəstəliyə qarşı peyvənd olunmuş böyüklər də peyvənd edilməlidir: "Yetkin insanlar da öz övladlarını qorumaq üçün bütün ailə üzvlərinin revaksinasiyadan keçməsi məsləhətdir".

NƏRGİZ