Həkim qablaşdırılmış şirələrlə bağlı XƏBƏRDARLIQ etdi
"Qablaşdırılmış şirələrdə vitamin yoxdur".
Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı endokrinoloq Anjela Tolmasova deyib.
Onun sözlərinə görə, qablaşdırılmış meyvə şirələri təzə sıxılmış meyvə şirələri qədər sağlam deyil:
"Bu cür uzunmüddətli qablaşdırılmış şirələri hazırlamaq üçün istifadə olunan yüksək temperatur onlarda olan bütün vitaminləri məhv edir".
Bundan əlavə, həkim diqqətə çatdırıb ki, qablaşdırılmış şirələr istehsal edərkən istehsalçılar çox vaxt keyfiyyətli olmayan meyvələrdən istifadə edirlər:
"Müəssisələrdə şirələrin hazırlanmasında konservantlardan və süni dadlandırıcılardan istifadə olunur ki, bu da sağlamlığa, xüsusən də reproduktiv sistemə, həmçinin böyrəklərin normal fəaliyyətinə mənfi təsir göstərir".
Həkimin fikrincə, ən yaxşı həll yolu insan orqanizmi üçün lazım olan liflə zəngin təzə sıxılmış şirələrdir:
“Bəzi meyvələrin qabığında ən vacib qidalar var, lakin qablaşdırılmış şirələrdə bunlar yoxdur. İstehsalçılar bunun əksini iddia etsələr də, paketlərdə təbii lif yox, yalnız süni elementlər var”.
Həmidə İBRAHİMLİ